Azadsöz.az xəbər verir ki, Azərbaycan U-21 millisinin Avropa çempionatının seçmə mərhələsində Ukrayna ilə keçirəcəyi oyuna hakim təyinatları açıqlanıb.
Qarşılaşma Xorvatiyadan olan hakimlər briqadasına tapşırılıb. Referi Dario Belə yan xətt hakimləri qismində Qoran Pataki, İvan Yaniçköməklik göstərəcəklər. Dördüncü hakim funksiyasını isə Zdenko Lovriç yerinə yetirəcək.
Martın 26-da “Qarabağ Arena”da keçiriləcək matç saat 16:00-da başlayacaq.
Qeyd edək ki, Azərbaycan millisi yer aldığı F qrupunda 3 xalla sonuncu pillədə qərarlaşıb. Ukrayna yığması isə 15 xalla liderdir.