Azadsöz.az xəbər verir ki, Ağsu” ölçü qovşağından qidalanan Ağsu şəhərini, həmçinin rayonunun 48 kəndini və “Kəndoba” ölçü qovşağından qidalanan Ağsu rayonunun 9 kəndini təbii qazla təmin edən orta təzyiqli qaz xətlərində müvəqqəti fasilə yaranacaq.
Qeyd olunub ki, “Təmiz Qaz” QSC tərəfindən aşkar olunmuş qaz sızmalarının ləvği ilə bağlı 18.03.2024-cü il saat 09:00-dan işlər başa çatanadək adıçəkilən ölçü qovşaqlarından qidalanan orta təzyiqli əhali qaz xətlərindən qaz təchizatının dayandırılması planlaşdırılır.
Təmir-bərpa işləri aparılan müddətdə Ağsu şəhəri və rayonun 57 kəndinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.