Azadsöz.az xəbər verir ki, Albaniya Respublikasının Prezidenti Bayram Beqay XI Qlobal Bakı Forumunda iştirak etmək üçün martın 13-də Azərbaycan Respublikasına işgüzar səfərə gəlib.
Heydər Əliyev Beynəlxalq Aeroportunda Albaniya Prezidenti Bayram Beqayı Azərbaycanın energetika naziri Pərviz Şahbazov və digər rəsmi şəxslər qarşıladılar.