17 May 2024 09:30

Bu prospektdə əsaslı təmir işlərinə başlanılacaq

“Azadsöz.az”  Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə istinadən xəbər verir ki, martın 15-dən Bakının 8 Noyabr prospektində əsaslı təmir işlərinə başlanılması nəzərdə tutulub.

Təmir işlərinə Yusif Səfərov küçəsindən Zığ dairəsi istiqamətində start verilməsi planlaşdırılır.

“Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, təmir müddətində sözügedən prospektlə hərəkətdə olarkən diqqətli olmaları, təmir ərazisində qoyulacaq müvəqqəti yol nişanlarının tələblərinə və yol hərəkəti qaydalarına riayət etmələri xahiş olunur. Yarana biləcək müvəqqəti narahatlığa görə vətəndaşlardan üzr istəyirik”, – deyə agentlik bəyan edib.