Göyçay rayonunda Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə 2024-cü il Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ilə bağlı Rayon İcra Hakimiyyətinin təsdiq etdiyi Tədbirlər Planına uyğun olaraq rayonda dekorativ güllərin əkilməsi davam etdirilir.
Azadsöz.az xəbər verir ki, 13 mart tarixində Göyçay Rayon İcra Hakimiyyəti yanında Şəhər Təsərrüfatı Birliyinin Yaşıllaşdırma Sahəsinin işçi kollektivi tərəfindən “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində Heydər Əliyev prospektində rayonun girişini bildirən “Göyçay” giriş lövhəsinin, Heydər Əliyev mərkəzinin və rayon İcra Hakimiyyəti binasının qarşısına palma ağaclarının əkilməsi işlərinə başlanıb.
Əkilməsi nəzərdə tutulan palma ağaclarının yerləri müəyyənləşdirilib, çalalar qazılıb və digər zəruri hazırlıq görülüb.
Daha sonra əkilməsi həyata keçirilib.Yeni əkilən palma ağaclarına küləkdən qorunması üçün dirəklər basdırılıb, aqrotexniki qulluq göstərilib.Sözügedən ərazilərə 14 ədəd palma ağacı əkilib.
Qeyd edək ki, rayonda nəzərdə tutulmuş yerlərə palma ağaclarının və dekorativ güllərin əkilməsi qrafikə uyğun olaraq davam etdiriləcək.
Bildirək ki, görülən işlər çərçivəsində rayonun M.Ə.Rəsulzadə küçəsinə dekorativ güllərin əkilməsi həyata keçirilib.Yeni əkilən güllər suvarılıb və aqrotexniki qulluq göstərilib.
Göyçay Şəhər Təsərrüfatı Birliyi tərəfindən rayonumuzun sakinlərinə müraciət ünvanlanıb.
Müraciətdə bildirilir ki, yeni əkilmiş həmişəyaşıl və palma ağaclarının olduğu yerə vətəndaşlar tərəfindən iri və xırda buynuzlu heyvanların daxil olmasına, əkilən ağacların çıxarılaraq kənara atılmasına və yaxud çıxarılaraq başqa yerlərə əkilməsinə, küləkdən qorunması üçün ağaclara basdırılan dirəklərin lazımsız bilib götürərək, istifadə etmələri heç də müsbət qiymətləndirilmir.
Unutmayaq ki, ekologiyanı qorumaq üçün hər birimiz ətrafımızdan və öz evimizdən başlamalıyıq.Sizlərdən xahiş olunur bu müraciətimizi diqqətdə saxlayıb, qeyd etdiyimiz tövsiyələrə ciddi əməl edəsiniz.
Səbuhi Eltonlu
Gülşən Muradova
Zəka Nağıyev
Arif Heydərov