Göyçay rayonunda Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə 2024-cü il Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ilə bağlı Rayon İcra Hakimiyyətinin təsdiq etdiyi Tədbirlər Planına uyğun olaraq rayonda dekorativ güllərin əkilməsi davam etdirilir.
Azadsöz.az xəbər verir ki, 13 mart tarixində Göyçay Rayon İcra Hakimiyyəti yanında Şəhər Təsərrüfatı Birliyinin Yaşıllaşdırma Sahəsinin işçi kollektivi tərəfindən “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində Göyçay şəhər Əli Kərim Parkının giriş hissəsində olan yaşıllıq ərazisinə dekorativ güllərin əkilməsi işlərinə başlanıb.
Əkilməsi nəzərdə tutulan güllərin yerləri müəyyənləşdirilib, çalalar qazılıb və digər zəruri hazırlıq görülüb.
Daha sonra əkilməsi həyata keçirilib.Yeni əkilən güllər suvarılıb və aqrotexniki qulluq göstərilib.
Bununla yanaşı ziyanverici həşəratlardan qorunması üçün əkilən dekorativ güllərin dibinə dərman səpilib.
Qeyd edək ki, Göyçay şəhər Əli Kərim Parkının yaşıllıq ərazisinə 79 ədəd dekorativ gül əkilib.
Göyçay Rayon İcra Hakimiyyəti yanında Şəhər Təsərrüfatı Birliyi rayonumuzun sakinlərinə müraciət ünvanlayıb:
Müraciətdə bildirilir ki, yeni əkilmiş dekorativ güllərin olduğu əraziyə vətəndaşlar tərəfindən iri və xırda buynuzlu heyvanların daxil olması, əkilən güllərin çıxarılaraq kənara atılması və yaxud çıxarılaraq başqa yerlərə əkilməsi heç də müsbət qiymətləndirilmir və yolverilməzdir.
Unutmayaq ki, ekologiyanı qorumaq üçün hər birimiz ətrafımızdan və öz evimizdən başlamalıyıq.Sizlərdən xahiş olunur bu müraciətimizi diqqətdə saxlayıb, qeyd etdiyimiz tövsiyələrə ciddi əməl edəsiniz.
Səbuhi Eltonlu
Gülşən Muradova
Zəka Nağıyev
Arif Heydərov