Azadsöz.az xəbər verir ki, Ədliyyə Nazirliyi Penitensiar xidmətin əməliyyat aparatı 15 saylı cəzaçəkmə müəssisəsinə azyaşlının cibində narkotik keçirməyə çalışan qadını saxlayıb.
Bu barədə Ədliyyə Nazirliyinin Pentensiar Xidmətindən məlumat verilib.
Bildirilib ki, məhkum Əfləddin Xəyyam oğlu Seyfullazadə ilə görüşə gəlmiş tanışı Ülviyyə Azər qızı Rzayevanın və azyaşlının əşyalarına və üzərilərinə baxış keçirilən zaman onun şalvarının arxa cibində gizlədilmiş bükülüdə 0,812 qram metamfetamin aşkar olunub.