Azadsöz.az xəbər verir ki, Qazaxıstan Prezidenti Kasım – Jomart Tokayev martın 11-12-də Azərbaycana səfər edəcək.
Bu barədə Qazaxıstan liderinin mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, səfər çərçivəsində Tokayevin Qazaxıstan-Azərbaycan Ali Dövlətlərarası Şurasının ilk iclasında iştirak edəcəyi planlaşdırılır.