20 Sentyabr 2024 04:12

Bərdədə maşın işıq dirəyinə çırpıldı: 4 nəfər yaralandı

Azadsöz.az xəbər verir ki, hadisə Bərdə-Tərtər avtomobil yolunun Bərdə rayonunun Zümürxan kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, hərəkətdə olan “VAZ-2107” markalı minik avtomobili işıq dirəyinə çırpılıb. Qəza nəticəsində Tərtər rayon sakinləri 1962-ci il təvəllüdlü Quliyev Mətləb Valeh oğlu,1964-cü il təvəllüdlü Həsənova Nəcibə İsa qızı, 1957-ci il təvəllüdlü Haqverdiyeva Qəndilə Həbib qızı, 1958-ci il təvəllüdlü Əhmədova Vüsalə Məmməd qızı xəsarət alıblar.

Yaralılar Bərdə Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

kacakbahissitesi.net guvenilirkacakbahis.com">guvenilirkacakbahis.com