Azadsöz.az xəbər verir ki, Abşeron rayonunun Novxanı kəndində açıq ərazidə 10 m² sahədə taxta tullantıları yanıb.
Bu barədə FHN məlumat yayıb.
Yüksək temperaturdan ümumi sahəsi 80 m² olan birmərtəbəli 3 otaqlı evin 1 ədəd plastikdən ibarət pəncərə çərçivəsi və 2 p.m elektrik kabeli əriyib.
Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.