Azadsöz.az xəbər verir ki, Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) əməkdaşları tərəfindən Zaqatala və Balakən rayonlarının ərazisində yol hərəkəti qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə nəzarət-profilaktik tədbirlər həyata keçirilib.
Bu barədə Daxili İşlər Nazirliyinin BDYPİ məlumat yayıb.
Bildirilib ki, keçirilən tədbirlər zamanı alkoqolun təsiri altında sərxoş vəziyyətdə, eləcə də narkotik maddələrin, gücləndirilmiş psixotrop maddələrin təsiri altında olan, səs və sayrışan işıq siqnallarından istifadə edən, avtomobildə konstruksiya dəyişikliyi edən, müvafiq sənədləri olmayan, sürücülər baş idarənin əməkdaşları tərəfindən aşkarlanıblar.
Həmin sürücülər barəsində qanuna müvafiq tədbirlər görülüb. Bir daha sürücülərin diqqətinə çatdırırıq ki, qanunvericiliyin tələblərinə ciddi şəkildə riayət etsinlər, özləri ilə yanaşı digər sürücülərin həyat və sağlamlıqlarını da təhlükə altına atmasınlar.