22 Noyabr 2024 13:29

“Qarabağ”ın oyununa görə metronun iş rejimində dəyişiklik edildi

Azadsöz.az xəbər verir ki, “Qarabağ” Bakıda “Bayer 04” klubuna qarşı keçirəcəyi UEFA Avropa Liqasının 1/8 final mərhələsinin ilk oyununun gec saatlarda başlaması ilə əlaqədar “Bakı Metropoliteni” QSC-yə metropolitenin iş rejimində dəyişiklik edilməsi barədə müraciət ünvanlayıb.

Bu barədə Azərbaycan çempionunun Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, metropolitenin iş rejimində müvafiq dəyişiklik edib. Bakı metropoliteni martın 8-i saat 01:00-a qədər sərnişinlərin girişinə açıq olacaq.

Qeyd edək ki, martın 7-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – “Bayer 04” oyunu saat 21:45-də başlayacaq. Komandalar arasında cavab görüşü martın 14-də Leverkuzendə təşkil ediləcək.

İstanbul trv istanbul travestileri