27 İyul 2024 08:09

Azərbaycanda iki kino ittifaqı birləşdi – Sədr Rasim Balayev oldu

Azadsöz.az xəbər verir ki, Azərbaycanın iki kino ittifaqı birləşib və yeni təşkilatın adı Azərbaycan Kinematoqrafçılar İttifaqı olub.

Məsələ səsverməyə qoyularaq yekdilliklə qəbul edilib. Səsvermə ilə yeni təşkilatın Nizamnaməsi təsdiq edilib.

Qeyd edək ki, yalnız rejissor Oqtay Mirqasımov birləşmənin əleyhinə səs verib.

Azərbaycanda yeni yaradılan kino ittifaqının – Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri də məlum olub.

Sədrliyə namizəd kimi Xalq artisti Rasim Balayev təqdim edilib.

Onun namizədliyi təsdiq edilib.