22 Noyabr 2024 10:41

Şagirdin sinif yoldaşlarına qarşı kobud rəftarı ilə bağlı AÇIQLAMA

Azadsöz.az xəbər verir ki, Şərur rayon Təhsil Şöbəsi tərəfindən müxtəlif sosial şəbəkə ünvanlarında və media saytlarında rayonunun Muğancıq Mehrab kənd tam orta məktəbinin şagirdinin digər şagird yoldaşlarına qarşı kobud rəftarı ilə bağlı yayılan məlumatdan sonra məsələ ilə bağlı komissiya yaradılıb.

Bu barədə Təhsil Şöbəsindən məlumat varilib. Bildirilib ki, komissiya üzvləri adıçəkilən təhsil müəssisəsində araşdırma aparıb.

Məlum olub ki, həmin şagird məktəbdə nizam-intizam qaydalarını pozub. Aidiyyəti üzrə məktəb direktorunun, direktor müavinin, sinif rəhbərinin və digər aidiyyəti şəxslərin izahatları alınıb, şagirdlə profilaktiki söhbətlər aparılıb və hüquq mühafizə orqanlarına dərhal məlumat verilib. Hazırda qeyd olunan məsələ ilə bağlı hüquq mühafizə orqanlarında araşdırma aparılır.

Komissiya tərəfindən məktəb rəhbərliyinə həmin məktəblinin nəzarətdə saxlanılması, mütəmadi olaraq şagirdlə profilaktiki söhbətlərin aparılması ilə bağlı tapşırıqlar verilib. Komissiya üzvləri şagirdin valideyinləri ilə də görüşüb, şagirdin məktəbdəki intizamsızlığı ilə bağlı məsələ onların diqqətinə çatdırılıb.

İstanbul trv istanbul travestileri