17 May 2024 06:10

Şamaxıda İran vətəndaşına narkokuryerlik edən şəxs saxlanılıb-FOTO

Azadsöz.az xəbər verir ki, Şamaxı Rayon Polis Şöbəsinin əməkdaşlarının narkotiklərin qanunsuz dövriyyəsinə qarşı həyata keçirdikləri tədbir zamanı Yevlax rayon sakini, əvvəllər məhkum olunmuş Surac Mahmudov saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan  verilən məlumata görə, ondan 1 kiloqrama yaxın marixuana, 116 qram heroin və metamfetamin aşkar edilib.

Araşdırma zamanı S.Mahmudovun sosial şəbəkələrdə tanış olduğu İran vətəndaşı tərəfindən narkokuryerliyə cəlb edildiyi məlum olub.