16 Sentyabr 2024 23:10

Türkiyədə Atatürk heykəlinə hörmətsizlik edən şəxs saxlanıldı – VİDEO

Azadsöz.az xəbər verir ki, Türkiyədə Sakarya bölgəsinin Akyazı rayonunda Atatürk heykəlini çəkiclə zədələməkdə şübhəli bilinən şəxs saxlanılıb.

Qeyd olunur ki, rayonun Ömercikler səmtinin Necati Temel küçəsində naməlum şəxsin Atatürk heykəlini çəkiclə vurduğunu görənlər polisə məlumat veriblər.

Hadisə yerinə gələn polis əməkdaşları şübhəlini nəzarətə götürüblər.

Zədələnən heykələ baxış keçirilib.