Azadsöz.az xəbər verir ki, 2024-cü ilin yanvar ayı ərzində 5,6 mindən çox şəxsə proaktiv qaydada yaşa, əlilliyə və ailə başçısını itirməyə görə pensiya təyinatı aparılıb.
Bu barədə Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib.
Qeyd edilib ki, onların 59,1%-ni kişilər, 40,9%-ni isə qadınlar təşkil edib.