Azadsöz.az xəbər verir ki, Qusar Rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsin Baş direktoru vəzifəsinə təyinat olub.
Bu vəzifəni Bakı Sağlamlıq Mərkəzinin Cərrahiyyə şöbəsinin müdiri Kamil Hacıyev icra edəcək.
Bu barədə TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov əmr imzalayıb.
Qeyd edək ki, Qusar Rayon Mərkəzi Xəstəxanasına 2023-cü il noyabr ayının 23-də direktor təyin edilən Pərviz Məhsimovla bağlanan müqaviləyə 3 ayın tamamında, fevral ayının 23-də xitam verilib.