24 Noyabr 2024 19:43

Azərbaycanda bələdiyyələrin hansı qaydada birləşəcəyi məlum olub

Azadsöz.az xəbər verir ki, Azərbaycanda bələdiyyələrin hansı qaydada birləşəcəyi məlum olub.

Bu barədə “Bələdiyyələrin birgə fəaliyyəti, birləşməsi, ayrılması və ləğv edilməsi haqqında” qanuna dəyişiklikdə öz əksini tapıb.

Qanun layihəsində qeyd edilir ki, ölkə üzrə sonuncu bələdiyyə seçkilərinin keçirildiyi ildən sonrakı 4 ilin son 2 ili ərzində əhalisinin sayı 3000 nəfərdən və ya ev təsərrüfatının sayı 1000 vahiddən az olan bələdiyyələr onlarda yaranan sosial-iqtisadi vəziyyət, tarixi və digər yerli xüsusiyyətlər nəzərə alınmaqla Milli Məclisin qərarı ilə digər bələdiyyələrlə birləşdirilir.

Qeyd edək ki, Milli Məclisin Regional komitəsinin martın 1-ə təyin edilən iclasında “Bələdiyyələrin birgə fəaliyyəti, birləşməsi, ayrılması və ləğv edilməsi haqqında” qanuna dəyişiklik layihəsi (birinci oxunuş) və Bələdiyyələrin statusu haqqında” qanuna dəyişiklik layihəsi (birinci oxunuş) müzakirəyə çıxarılacaq.

Ankara escort İstanbul Travesti Shemale İstanbul