26 Noyabr 2024 03:39

Novruz çərşənbələri ilə bağlı əhaliyə ÇAĞIRIŞ

“Azadsöz.az”  FHN-nin saytına istinadən xəbər verir ki, Fövqəladə Hallar Nazirliyi Novruz çərşənbələrində yanğın təhlükəsizliyi qaydalarına dair əhaliyə müraciət edib.

Qarşıdan gələn və xalqımızın milli-mənəvi dəyərlərini özündə yaşadan Novruz bayramı ilə əlaqədar çərşənbə axşamlarında bir sıra mərasimlərin təşkili, o cümlədən, tonqal qalanması zamanı yanğın təhlükəsizliyi qaydalarına əməl olunmaması sonda acı fəsadlara yol açır.

“Odur ki, qeyd olunanlarla bağlı FHN əhaliyə müraciət edərək aşağıdakı yanğın təhlükəsizliyi qaydalarına riayət olunmasına çağırır:

– bayram tonqalı ev, avtomobil, elektrik naqili, ağac və digər yanar materiallardan kənarda yandırılmalı;

– tonqalın ətrafına yığışan azyaşlılar mütləq böyüklərin nəzarətində olmalı;

– tonqal üzərindən atılarkən ehtiyatlı olmalı;

– tonqal tam sönənədək nəzarətdə saxlanılmalı;

– süfrələrdə yandırılan şamlar nəzarətsiz qalmamalıdır”.

Ankara escort İstanbul Travesti Shemale İstanbul