21 Noyabr 2024 23:45

Azərbaycanın beynəlxalq axtarışa verdiyi şəxs ölkəyə gətirildi

Azadsöz.az xəbər verir ki, Beynəlxalq axtarışda olan şəxs Almaniyada tutularaq Azərbaycana ekstradisiya edilib.

Bu barədə  Ədliyyə Nazirliyinin Mətbuat xidməti məlumat verib. 

Məlumata görə, fevralın 24-də İnterpolun Azərbaycandakı Milli Mərkəzi Bürosu tərəfindən beynəlxalq axtarışa verilən Marvud Vaqifzadənin ekstradisiyası həyata keçirilib.

Belə ki, 2021-ci ildə “Vorld Telekom” MMC-nin Yasamal filialında kredit mütəxəssisi vəzifəsində işləyərkən saxtakarlıq edərək qulluq mövqeyindən istifadə etməklə külli miqdarda özgənin əmlakını ələ keçirtməkdə (AR Cinayət Məcəlləsinin 179.3.2 və 313-cü maddələri) ittiham edilmiş M.Vaqifzadənin yeri Almaniyada müəyyən olunub və o həbs edilib.

Həmin şəxsin ekstradisiyası ilə bağlı Baş Prokurorluğun sorğusu və beynəlxalq prosedurlara uyğun Ədliyyə Nazirliyinin təqdim etdiyi zəmanətlər əsasında razılıq əldə olunaraq o, Nazirliyin Beynəlxalq əməkdaşlıq idarəsinin və Penitensiar Xidmətin məsul əməkdaşları tərəfindən Almaniyadan ölkəmizə gətirilib və məhkəmənin həbs qərarına əsasən, Bakı İstintaq Təcridxanasına yerləşdirilib.

İstanbul trv istanbul travestileri