Azadsöz.az xəbər verir ki, DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, Biləsuvar Rayon Polis Şöbəsinin Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları ilə birgə keçirdiklər tədbir zamanı rayonun Xırmandalı kəndi ərazisində yerin təkindən qanunsuz istifadə halı müəyyən edilib. Aşkarlanan halla bağlı İnzibati Xətalar Məcəlləsinin 228-ci (İcazə olmadan və ya icazə şərtlərini pozmaqla yerin təkindən istifadə etmə) maddəsi ilə protokol tərtib olunub.
Bundan əlavə, Biləsuvar RPŞ-nin əməkdaşlarının qanunsuz saxlanılan silah-sursatın aşkar edilərək götürülməsi və ya könüllü təhvil verilməsi məqsədilə keçirdikləri profilaktiki tədbirlər nəticəsində 3 nəfər rayon sakini qanunsuz saxladıqları ov tüfənglərini könüllü olaraq polisə təhvil veriblər.
Bu istiqamətdə tədbirlər davam etdirilir.