Azadsöz.az xəbər verir ki, Ukrayna Prezidenti Volodimir Zelenski fevralın 22-də Azərbaycana yeni səfir təyin edib.
Bu barədə Ukrayna prezidentinin ofisi məlumat yayıb.
Məluumata görə, Yuri Veniaminoviç Qusev Ukraynanın Azərbaycan Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.
Qeyd edək ki, Qusev müxtəlif dövlət orqanlarında, o cümlədən Ukrayna Müdafiə Nazirliyində işləyib, Xerson Vilayət Dövlət Administrasiyasının rəhbəri olub. O, 2020-ci ilin dekabrında “Ukroboronprom”un direktoru olub.
İyun ayında Zelenski “Ukroboronprom” Dövlət Konserninin baş direktoru Yuri Qusevi vəzifəsindən azad edib.