Azadsöz.az xəbər verir ki, Amerikalı biznesmen İlon Maskın sahibi olduğu “Neuralink” şirkətinin beyninə çip yerləşdirdiyi ilk insan tam sağalıb.
Mask bu barədə sahib olduğu “X” sosial şəbəkəsində məlumat verib.
Onun sözlərinə görə, pasiyent özünü yaxşı hiss edir və artıq düşüncə yolu ilə kompyuterin kursorunu idarə edə bilir.
Biznesmen bildirib ki, hazırda “Neuralink” pasiyentin mümkün qədər çox düyməyə basa bilməsi üçün çalışır.