22 Noyabr 2024 16:30

Penitensiar xidmətin kadr korpusu möhkəmləndirilir

Azadsöz.az xəbər verir ki, fevralın 14-də Ədliyyə Nazirliyi Penitensiar xidmətində rəhbər vəzifələrə irəli çəkilən, habelə orta rəis heyətinə, o cümlədən keçirilən müsabiqələrdə uğur qazanaraq təyinat alan 40-dək əməkdaşla nazirlikdə görüş keçirilib.

Tədbirdən öncə xidmətə yeni qəbul olunanlar Fəxri Xiyabana gələrək ümummilli lider Heydər Əliyevin məzarı önünə gül dəstələri düzüb, əziz xatirəsini dərin ehtiramla anıblar. Həmçinin xalqımızın müqəddəs and yeri olan Şəhidlər xiyabanında qəhrəman Vətən övladlarının məzarlarını ziyarət ediblər.

Ədliyyə nazirinin səlahiyyətlərini icra edən Fikrət Məmmədov tədbirin ölkə Prezidenti cənab İlham Əliyevin andiçmə mərasiminin keçirildiyi günə təsadüf etməsinin onu xüsusilə əlamətdar etdiyini vurğulayıb.

Ölkəmizin ilk dəfə bütün ərazisində, o cümlədən azad edilmiş doğma torpaqlarımızda keçirilmiş şəffaf, azad və demokratik seçkilərdə dövlət başçısının inamlı qələbə qazanaraq yenidən ölkə başçısı seçilməsinin xalqımızın öz liderinə sarsılmaz inamının və sonsuz məhəbbətinin, ötən 20 ildə qüdrətli, qalib dövlətə çevrilən müstəqil Azərbaycanımızın firavan gələcəyinə, hərtərəfli inkişafın və zəfərlərin davamına yüksək dəstəyinin təzahürü olduğunu vurğulayıb.

Tədbirdə televiziyada yayımlanan Azərbaycan Respublikası Prezidentinin andiçmə mərasimində proqram xarakterli nitqi nümayiş etdirilib və dövlət başçısının çıxışından irəli gələn vəzifələr, o cümlədən gənclərin milli vətənpərvərlik ruhunda tərbiyə olunması, azərbaycançılıq ideologiyasının gücləndirilməsi, milli maraqların, dövlətçilik prinsiplərinin hər şeydən üstün tutulması ilə bağlı tapşırıqları diqqətə çatdırılıb.

F.Məmmədov cənab Prezidentin rəhbərliyi ilə respublikamızın davamlı sosial-iqtisadi tərəqqisindən bəhs edib, Ümummilli Lider Heydər Əliyevin ən ümdə vəsiyyəti olan torpaqlarımızın işğaldan azad edilərək ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpasını vurğulayıb. Dövlət başçısının rəhbərliyi və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın fəal iştirakı ilə azad edilmiş ərazilərdə aparılan nəhəng quruculuq işlərini, soydaşlarımızın artıq öz dədə-baba yurdlarına qayıdışını diqqətə çatdırıb.

Ölkəmizin hərtərəfli tərəqqisinə uyğun olaraq ədliyyə sistemində aparılan ardıcıl islahatlara toxunularaq penitensiar sistemin və infrastrukturun müasirləşdirilməsi üzrə görülən tədbirlərdən danışılıb, paytaxtda və bölgələrdə yeni müasir penitensiar komplekslərin inşa edildiyi, ən yenisinin isə ötən ay Lənkəranda istifadəyə verildiyi və dövlət başçısının penitensiar kompleksdə yaradılmış müasir şəraitlə tanış olduğu vurğulanıb.

Bildirilib ki, aparılan islahatlar, həmçinin kadr seçimi prosesini əhatə edir, bu məqsədlə ədliyyənin müxtəlif sahələrinə işə qəbulla bağlı açıq müsabiqə və müsahibələr keçirilir. Dövlət siyasətinə uyğun olaraq gənclərin işlə təminatına xüsusi diqqət yetirilir, bu zaman şəhid ailələrinə və müharibə iştirakçılarına qayğı və həssaslıqla yanaşılır. Ötən dövrdə şəffaf seçimlər əsasında yüksək hazırlıqlı, müasir texnologiyalara bələd və mənəvi cəhətdən saf, əksəriyyətini gənclər təşkil edən 3.500 nəfərə yaxın şəxs qulluğa qəbul olunub.

F.Məmmədov Penitensiar xidmətdə qulluq keçmənin xüsusiyyətlərinə toxunaraq, dövlət başçısının insanlara layiqli xidmət göstərilməsi, vətəndaş-məmur münasibətlərinin sağlam zəmində qurulması ilə bağlı tapşırıqlarını diqqətə çatdıraraq işçilərə fəaliyyətlərində məsuliyyətli olmalarını, qanunçuluq, insan hüquqları, humanizm prinsiplərinə, nizam-intizama, etik davranış qaydalarına dönmədən əməl etmələrini vurğulayıb, uğurlu fəaliyyət arzulayıb.

Ədliyyə nazirinin müavini – Penitensiar xidmətin rəisi Mirsaleh Seyidov təyinat alanların onlara göstərilən etimadı doğrultmaq üçün var qüvvələri ilə çalışacaqlarını və şərəfli ədliyyə işçisi adını daim uca tutacaqlarını söyləyib. Əlamətdar gündə təyinat almalarından böyük qürur hissi keçirdiklərini söyləyən əməkdaşlar Ulu Öndərin yüksək amallarına daim sadiq qalaraq, ölkə Prezidentinin ətrafında sıx birləşib doğma Azərbaycanımızın çiçəklənməsi naminə sədaqətlə xidmət edəcəklərini vurğulayıblar.

İstanbul trv istanbul travestileri