13 Oktyabr 2024 18:12

UNEC-in təşkilatçılığı beynəlxalq konfrans keçiriləcək

Azadsöz.az xəbər verir ki, 23-26 may 2024-cü il tarixlərində Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC), Heydər Əliyev Mərkəzi, Beynəlxalq Magistratura və Doktorantura Mərkəzi, “Regional İnkişaf” İctimai Birliyinin təşkilatçılığı və Paşa Holdinq şirkətlər qrupunun baş sponsorluğu ilə VI İqtisadiyyat və İdarəetmə Sahəsində Tədqiqatçıların Beynəlxalq Elmi Konfransı (ISCEMR-2024) təşkil olunacaq.

 “Yaşıl dünya naminə həmrəylik” ili çərçivəsində təşkil olunan bu ilki konfrans “Dayanıqlı inkişafın yeni dövrü: yaşıl transformasiya və iqlim maliyyələşdirilməsi” mövzusuna həsr olunub. Konfrans çərçivəsində məruzə sessiyaları və onlayn vörkşoplarla yanaşı, Heydər Əliyev Mərkəzində 3 aktual mövzuda panel müzakirələr də keçiriləcək.

Konfransın elm komitəsi tərəfindən müsbət dəyərləndirilən tədqiqat işləri dünyanın 30-a yaxın elmi bazasında (Web of Science, Scopus və digərləri) indekslənəcəkdir.

Konfransa tədqiqat işlərinin göndərilməsi üçün son tarix aprelin 15 –dəkdir.

Ətraflı məlumatı konfransın  www.iscemr.com saytından əldə edə bilərsiniz.

grandpashabet alefbahis istanbul travesti