27 İyul 2024 11:38

MSK seçkilərin nəticələrini Konstitusiya Məhkəməsinə təqdim edəcək – YENİLƏNİB

Azadsöz.az xəbər verir ki, Mərkəzi Seçki Komissiyası (MSK) növbədənkənar prezident seçkilərinin nəticələrinə dair protokolun müvafiq sənədlərlə birlikdə Konstitusiya Məhkəməsinə təqdim edilməsi ilə bağlı məsələni təsdiqləyib.

Bu məsələ MSK-nın bugünkü iclasının gündəliyində müzakirəyə çıxarılıb.

***
16:05

Azadsöz.az xəbər verir ki, Mərkəzi Seçki Komissiyasının fevralın 11-də prezident seçkilərinin yekun nəticələri ilə bağlı iclası keçirilir.

Məzahir Pənahovun sədrliyi ilə keçirilən iclasda 2024-cü il fevralın 7-də keçirilmiş Azərbaycan Respublikası Prezidentinin seçkilərinə yekun vurulması və MSK-nın seçkilərin nəticələrinə dair protokolunun müvafiq sənədlərlə birlikdə Konstitusiya Məhkəməsinə təqdim edilməsi məsələsi müzakirə olunur.


***
16:00

Azadsöz.az xəbər verir ki, Mərkəzi Seçki Komissiyasının növbədənkənar prezident seçkiləri ilə bağlı iclası keçiriləcək.

MSK prezident seçkilərinə yekun vuraraq nəticələri Konstitusiya Məhkəməsinə təqdim edəcək.

Seçki Məcəlləsinə uyğun olaraq, Mərkəzi Seçki Komissiyası səsvermə günündən başlayaraq 10 gün müddətində prezident seçkilərinə yekun vurulması və nəticələrin təsdiq olunması üçün Konstitusiya Məhkəməsinə təqdim edilməsini təmin etməlidir.

Konstitusiyanın 103-cü maddəsinə uyğun olaraq, Prezident seçilmiş şəxs Prezident seçkilərinin yekunları haqqında məlumatın Konstitusiya Məhkəməsi tərəfindən rəsmi elan olunduğu gündən başlayaraq 3 gün ərzində and içir.