Azadsöz.az xəbər verir ki, bu ilin ilk 6 ayında Xocalıya və Xankəndiyə köç olacaq.
Bu barədə APA-nın sorğusuna cavab olaraq Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən bildirilib.
Qeyd olunub ki, bu ilin ilk 6 ayında Xocalıya və Xankəndiyə ümumilikdə 100 ailə köçürülməsi planlaşdırılır.
Xocalıya 50, Xankəndiyə 50 ailə köçürülməsi nəzərdə tutulub.