Azadsöz.az xəbər verir ki, rayonun Qaraman kənd sakini, 1980-cı il təvəllüdlü İsmayılova Əfsanə Əlisəmid qızı sirkə turşusu içərək intihara cəhd edib.
Əfsanə İsmayılova zəhərlənmə diaqnozu ilə Göyçay Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Vəziyyəti orta ağır olduğundan Kliniki Tibbi Mərkəzin Toksikologiya Şöbəsinə aparılıb.
Faktla bağlı araşdırma aparılır.