27 İyul 2024 04:39

Kərkükdən Bakıya ilk aviareys baş tutub – FOTO

Azadsöz.az xəbər verir ki, bu gün İraqın Kərkük şəhərindən Bakıya ilk dəfə aviareys həyata keçirilib.

Bunu Azərbaycanın İraqdakı səfiri Nəsir Məmmədov “X” sosial şəbəkəsindəki hesabında bildirib.

O qeyd edib ki, yaxın gələcəkdə Bəsrə-Bakı və Ərbil-Bakı istiqamətlərində də uçuşlar yerinə yetiriləcək.