27 İyul 2024 05:06

Bred Pitt “Kinotənqidçi” filmində baş rolda çəkiləcək

Azadsöz.az xəbər verir ki, Bred Pitt Tarantinonun “Kinotənqidçi” filmində baş rolda çəkiləcək.

Pitt üçün bu film Kventin Tarantino ilə üçüncü işi olacaq. Əvvəllər aktyor “Şərəfsiz əclaflar” və “Bir zamanlar Hollivudda” filmlərində rol alıb.

Rejissorun sayca 10-cu işi olan bu filmdə hadisələr 1970-ci illərdə Los-Ancelesdə cərəyan edəcək. Baş qəhrəman porno jurnalda dərc olunan kino haqqında köşə yazılarının müəllifi olacaq.

Tarantino bildirib ki, qəhrəmanı realdır, o, yeniyetmə ikən resenziyalarını oxuduğu müəllifindən ilham alıb.