16 Sentyabr 2024 22:55

Göyçayda 2-si avtomat olmaqla 9 odlu silah götürülüb-VİDEO

Azadsöz.az xəbər verir ki, Göyçay Rayon Polis Şöbəsinin əməkdaşları qanunsuz saxlanılan odlu silah-sursatın aşkar edilərək götürülməsi, eləcə də vətəndaşlar tərəfindən könüllü təhvil verilməsi məqsədilə əməliyyat və profilaktiki tədbirlər keçirib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, yanvar ayı ərzində şöbə əməkdaşlarının bu istiqamətdə keçirdikləri tədbirlər nəticəsində 2-si “Kalaşnikov” markalı avtomat, 1-i yivli “Belka”, 6-sı isə yivsiz ov tüfəngi olmaqla ümumilikdə 9 odlu silah götürülüb. Aparılan profilaktiki tədbirlərin nəticəsi olaraq həmin 9 silahdan 3-ünü vətəndaşlar könüllü olaraq polisə təhvil veriblər.

Qanunsuz saxlanılan silah-sursatın götürülməsi istiqamətində polis əməkdaşları tərəfindən əməliyyat-axtarış və profilaktiki tədbirlər davam etdirilir.