19 May 2024 14:31

Eldar Qafarov vəfat etdi

Azadsöz.az xəbər verir ki, tanınmış musiqiçi, zərb alətləri ustası Eldar Qafarov vəfat edib.

Bu barədə sosial şəbəkədə məlumat yayılıb.

Bildirilib ki, o, ötən gecə xəstəlik səbəbindən dünyasını dəyişib.

Qeyd edək ki, AzTV-nin estrada ansamblının üzvü olan Eldar Qafarov həm də Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin müəllimi idi.