17 Sentyabr 2024 00:04

Nazir bu mərkəzə direktor TƏYİN ETDİ

Azadsöz.az xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətində yeni təyinat olub.

Bununla bağlı nazir Muxtar Babayev əmr imzalayıb.

Əmrə əsasən, Vüsal Nəcəfov Hidrometeorologiya Xidmətinin Metrologiya və Standartlaşdırma Mərkəzinə direktor təyin edilib.

Qeyd edək ki, o, bu təyinatadək Milli Hidrometeorologiya Xidmətində çalışıb.