Azadsöz.az xəbər verir ki, Sabunçu rayonunun Zabrat qəsəbəsində 75 nömrəli tam orta məktəbin 8-ci sinif şagirdi 7 nəfər yeniyetmə tərəfindən döyülüb.
Bu barədə şagirdin valideyni Ayşə Cabbarova bildirib.
Onun sözlərinə görə, oğlu ilə repetitor yanına gedən 7 nəfər şəxs ona qarşı fiziki və psixoloji təzyiq göstəriblər.
Məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət olunub.