Azadsöz.az xəbər verir ki, Sumqayıt şəhərində mənzildən 63 yaşlı qadın meyiti tapılıb.
Hadisə 12-ci mikrorayon ərazisində qeydə alınıb.
Belə ki, 1961-ci il təvəllüdlü Tatyana Vasilyevna Mustafayevanın meyiti bu gün Fövqəladə Hallar Nazirliyinin xilasediciləri tərəfindən aşkar olunaraq təhvil verilib. Onun iki gün öncə öldüyü bildirilir.
Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda araşdırma aparılır.