Azadsöz.az xəbər verir ki, Nazirlər Kabineti “Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin yaradılması haqqında” qərarda dəyişiklik edib.
İndiyə qədər Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin işçilərinin say həddini və əməkhaqqı fondunu Nazirlər Kabineti müəyyən edib.
Qərara əsasən, Nazirlər Kabinetinin bununla bağlı səlahiyyəti ləğv olunub.