Azadsöz.az xəbər verir ki, Rumıniya təmsilçisi “Eurovision 2024” beynəlxalq mahnı müsabiqəsində iştirak etməyəcək.
Bu barədə “Eurovision”un ölkədəki rəsmi yayımçısı TVR məlumat yayıb.
Televiziya şirkətinin direktorlar şurası maliyyə çətinlikləri və Rumıniyanı digər ölkələrlə rəqabət aparmaq üçün lazımi performans səviyyəsində təmsil edə bilməməsi səbəbindən ölkənin müsabiqədən çıxması barədə qərar qəbul edib.
Yayım şirkəti bu il Parisdə keçiriləcək Yay Olimpiya Oyunlarının və digər prioritet layihələrin yayımı üçün resurslar ayıracaq.