Azadsöz.az xəbər verir ki, Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi” publik hüquqi şəxsin Müşahidə Şurasının tərkibinin təsdiq edilməsi haqqında Sərəncam imzalayıb.
Sərəncama əsasən, “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi” publik hüquqi şəxsin Müşahidə Şurasının aşağıdakı tərkibi təsdiq edilib:
Müşahidə Şurasının sədri
İsmayılov Dağbəyi Mirzəxan oğlu
Müşahidə Şurasının üzvləri:
Əliyev Vüqar Zifər oğlu
Mehrəliyeva Şəfəq Akif qızı
Mikayılova Sevil Əlirazı qızı
Şıxlinskiy Elçin İsmayıl oğlu.