Azadsöz.az xəbər verir ki, bu gün səhər saatlarında XI sinif şagirdi Raul Rəhimov Gəncə şəhər M.P.Vaqif adına 8 nömrəli tam orta məktəbin önündə bıçaqlanaraq öldürülüb.
Valideynlər qətli törədən 2007-ci il təvəllüdlü F.Şabanovun xuliqanlıq hərəkətlərinə görə məktəbdən qovulduğunu və həmin təhsil müəssisəsində oxumadığını bildiriblər.
Bundan başqa, qeyd olunub ki, sözügedən məktəbdə daha əvvəl də analoji hadisə baş verib.