Azadsöz.az xəbər verir ki, Xalq şairi Hüseyn Arifin qızı Zöhrə Hüseynzadənin qəbirüstü abidəsi qoyulub.
Xalq şairinin qızı Zöhrə Hüseynzadə 2023-cü ilin 5 dekabr tarixində vəfat edib.
Əldə etdiyimiz məlumata görə, Zöhrə xanımın dəfn və 40 mərasiminin təşkili, həmçinin qəbirüstü abidəsinin qoyulmasını Ağstafa Rayon İcra Hakimiyyəti öz üzərinə götürüb.
Qeyd edək ki, Hüseynzadə Zöhrə Arif qızı 1951-ci 30 sentyabrda Qazax rayonunun (indiki Ağstafa rayonu) Yenigün kəndində anadan olub. 1956-cı ildə ailəsi ilə birlikdə Bakıya köçüblər. Zöhrə Hüseynzadə Bakı şəhər 190 N-li tam orta məktəbi bitirib. Azərbaycan Tibb Universitetinin Müalicə-profılaktika fakültəsini bitirib. İlk illərdə 3№-li şəhər xəstəxanasında həkim-kardioloq kimi çalışıb. 18 il Yasamal rayon Səhiyyə şöbəsinin müdiri vəzifəsində çalışıb. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Kollegiyasının üzvü və YAP Yasamal rayon təşkilatının müavini seçilib. 2000-ci ildə Respublika Xəstəxanasına baş həkim vəzifəsinə təyin olunur. Zöhrə xanım yaşadığı ömür müddətində həm həkim kimi, həm də ictimai-fəal kimi daim dövlətə, xalqa vicdanla xidmət edib.