20 Sentyabr 2024 09:49

Bu gündən Sumqayıt-Bakı marşrut xətti üzrə avtobuslar fəaliyyətə başlayır

Azadsöz.az xəbər verir ki, bu gündən Sumqayıt-Bakı marşrut xətti üzrə ekspres avtobuslar sərnişinlərin xidmətindədir.

Bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi məlumat yayıb.

Bildirilib ki, marşrut üzrə gediş haqqi 80 qəpik təşkil edir və ödəniş nağdsız qaydada həyata keçirilir.

Qeyd edək ki, “BakıKart”ın balansını artırmaq üçün həm Bakı Beynəlxalq Avtovağzal Kompleksi, həm də Sumqayıt avtovağzalında ödəniş terminalları yerləşdirilib. Sərnişinlər, həmçinin “BakıKart” mobil tətbiqi üzərindən QR kod vasitəsilə də ödənişlərini edə bilərlər.

kacakbahissitesi.net guvenilirkacakbahis.com">guvenilirkacakbahis.com