26 Noyabr 2024 11:26

“Beşiktaş” böyük hesabla uduzdu

Azadsöz.az xəbər verir ki, futbol üzrə Türkiyə Superliqasında XXI turun növbəti oyunları keçirilib.

Səfərdə “Pendikspor”un qonağı olan “Beşiktaş” 0:4 hesabı ilə uduzub. Meydan sahiblərinin heyətində qollardan ikisini “Fənərbağça”dan icarəyə götürülən Umut Nayir vurub.

Digər matçlarda “Kasımpaşa” “Hatayspor”a 3:0, “Alanyaspor” “Rizespor”a 2:1 hesabı ilə qalib gəlib, “Fatih Karagümrük” “Başakşehir”lə, “Adana Demirspor” isə “Ankaragücü” heç-heçə edib – 1:1.

Turun digər görüşləri yanvarın 21-22-də keçiriləcək.

Qeyd edək ki, turnir cədvəlinə 53 xalla “Fənərbağça” başçılıq edir. Liderdən iki xal az toplayan “Qalatasaray” ikincidir. “Trabzonspor” 37 xalla üçüncü, “Beşiktaş” 35 xalla dördüncü pillədə qərarlaşıb.

Ankara escort İstanbul Travesti Shemale İstanbul