Azadsöz.az xəbər verir ki, Xalq artisti Aygün Kazımovanın 1,4 milyon izləyicisi olan İnstaqram səhifəsi ələ keçirilib.
Səhifəni oğurlayan şəxs müxtəlif paylaşımlar edərək Aygün Kazımovanı şantaj edib.
O, “Aygün Kazımova, bunu oxuyursansa, 10.000 avro Bitkoin üçün mənə teleqramda yazın, hesabınızı geri alacaqsınız. Mənə güvənməsəniz ruslara sataram” yazaraq Xalq artistindən pul tələb edib.