10 Noyabr 2024 09:01

Ölkədə bəzi xəstəliklərdə azalma müşahidə edilib

Azadsöz.az xəbər verir ki, ötən ilin yanvar-noyabr aylarında 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə ölkədə qarayara, ağciyər vərəmi ilə xəstələnmə halları azalıb.

Bu barədə Dövlət Statistika Komitəsinin məlumatında qeyd edilib.

Səhiyyə Nazirliyin məlumatlarına əsasən, 2023-cü ilin yanvar-noyabr aylarında 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə ölkədə qarayara ilə (39,1 faiz), ağciyər vərəmi ilə (4,2 faiz), törədicisi müəyyən olmayan kəskin bağırsaq infeksiyaları ilə (0,8 faiz), sifilis ilə (0,4 faiz) xəstələnmə halları azalıb.

Həmçinin qeyd edilib ki, göyöskürək və malyariya xəstəlikləri, kəskin poliomielit, epidemik parotit, tulyaremiya, anadangəlmə məxmərək sindromu, difteriya, yenidoğulmuşlarda tetanus isə ümumiyyətlə qeydə alınmayıb.

İstanbul trv istanbul travestileri