Azadsöz.az xəbər verir ki, ABŞ maliyyə resurslarının çatışmazlığı səbəbindən Ukraynaya yeni hərbi yardım göndərməkdən imtina edib.
Bunu Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi deyib.
“Bizim son təhlükəsizlik yardım paketimiz Ukraynaya dekabrın 27-də təsdiq edilib. Hazırda başqa yardım paketi üzərində işləmirik. Bu, ABŞ-ın maliyyə imkanlarının olmaması ilə bağlıdır.”, – Con Kirbi bildirib.