Azadsöz.az xəbər verir ki, Lerik rayonunun Pirəsora kəndində ümumi sahəsi 110 m² olan ikimərtəbəli, 6 otaqlı evin dam örtüyünün yanar konstruksiyaları 15 m² sahədə və içərisinə yığılan 8 ton ot bağlamasının 1 tonu yanıb.
Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Evin və ot bağlamalarının qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.