Azadsöz.az xəbər verir ki, jurnalist Elnarə Qasımova saxlanılıb.
Bu barədə onun vəkili Bəhruz Bayramov məlumat verib.
O bildirib ki, Elnarə Qasımova “Abzas Media” işi ilə bağlı cinayət məsuliyyətinə cəlb edilib.
O, Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq-qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham edilir.