22 Noyabr 2024 13:57

Ukrayna və Britaniya saziş imzalayıblar

Azadsöz.az xəbər verir ki, Ukrayna prezidenti Volodimir Zelenski və Böyük Britaniyanın baş naziri Rişi Sunak ikitərəfli təhlükəsizlik sazişi imzalayıblar.

Qeyd olunur ki, Sunak hazırda Kiyevdə səfərdədir.

Ukrayna prezidentinin sözlərinə görə, Böyük Britaniyanın bu sənəd üzrə öhdəlikləri Ukrayna NATO-ya daxil olana qədər qüvvədə qalacaq.

Saziş kəşfiyyat məlumatlarının mübadiləsi, kibertəhlükəsizlik sahəsində əməkdaşlıq, həkimlərin və hərbi kadrların hazırlanması, eləcə də müdafiə sənayesi sahəsində əməkdaşlıqdan bəhs edir. Bundan əlavə, sazişə əsasən Böyük Britaniya Rusiya Federasiyası ilə növbəti münaqişə vəziyyətində Ukrayna ilə məsləhətləşmələr aparmaq və Kiyevə müdafiə məsələlərində tez və uzunmüddətli dəstək vermək öhdəliklərini öz üzərinə götürür.

Həmçinin bildirilir ki, Böyük Britaniyanın baş naziri 2024-cü il üçün Ukraynaya təxminən 3,2 milyard dollarlıq böyük hərbi yardım paketi barədə açıqlayıb.

Məlumata görə, paketə əlavə hava hücumundan müdafiə vasitələri, tank əleyhinə silahlar, uzaq mənzilli raketlər, minlərlə mərmi daxil olacaq. Bundan əlavə, minlərlə Ukrayna hərbçisi üçün təlim keçiriləcək.

İstanbul trv istanbul travestileri