Azadsöz.az xəbər verir ki, Dövlət Dəniz və Liman Agentliyinin Gəmi Hərəkətinin İdarəedilməsi Mərkəzi fırtınalı hava şəraiti ilə bağlı Azərbaycanın ərazi sularında üzən gəmilərə xəbərdarlıq edib.
Xəbərdarlıqda deyilir:
“Yanvarın 13-ü səhər saatlarından Xəzər Dəniz Akvatoriyasında müşahidə olunacaq şimal-qərb küləyi yanvarın 14-ü səhərədək davam edəcək.
Küləyin sürəti 18-23 m/s, arabir 25-28 m/s, açıq dənizdə isə arabir 30-32 m/s-dək güclənəcəyi gözlənilir.
Dalğanın hündürlüyü: 3.0-4.0 m, sonrakı inkişafda 4.5-6.5 m çatacağı proqnozlaşdırılır.
Bu hidrometeoroloji hadisə haqqında məlumat Agentliyin Gəmi Hərəkətinin İdarəedilməsi Mərkəzinə daxil olan kimi mütəxəssislərimiz tərəfindən təhlil olunub və gəmi sahibləri, liman kapitanları, liman nəzarət müfəttişləri məlumatlandırılıb.
Həmçinin, neft-qaz platformalarına aid olan qurumlara, lövbərdə dayanan və hərəkətdə olan gəmilərə də məlumatlar ötürülüb”.